COP29

Premyer Liqa klubu: 12 nəfər ayrıldı, “10 nömrə”dən cavab gözləyirlər

10 İyun 23:00 Araz-Naxçıvan 1 848
Premyer Liqa klubu: 12 nəfər ayrıldı, “10 nömrə”dən cavab gözləyirlər

Ötən mövsümü Premyer Liqada 8-ci pillədə başa vuran “Araz-Naxçıvan”da köklü dəyişikliklər yaşanacaq.

Mövsüm başa çatan kimi komandada kütləvi dəyişikliklər yaşanıb.

Konkretləşdirsək, Semir Bukviç, Numan Kurdiç, Aksel Nqando, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Turan Manafov, Zamiq Əliyev, Tural Bayramlı və Nicat Süleymanovla yollar ayrılıb.

Müqavilə ilə “Sabah”a məxsus olan Abdulla Rzayevlə İldar Alekperovun karyerasını hansı klubda davam etdirəcəkləri sual altındadır.

Komandanın “vuran ayağı” Orxan Əliyevlə danışıqlar davam etdirilir. Təcrübəli hücumçunun “Araz-Naxçıvan”da qalıb-qalmayacağı yaxın 10 gündə bilinəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"