Yayda necə yatmalıyıq? - Somnoloqdan MARAQLI MƏSLƏHƏT

11 İyun 2024 15:30 Araşdırma 1 063
Yayda necə yatmalıyıq? - Somnoloqdan MARAQLI MƏSLƏHƏT

"Yayda yuxu ilə bağlı problemlər otaqdakı temperaturdan qaynaqlana bilər".

Bunu rusiyalı somnoloq-nevroloq Yelena Tsareva yayda düzgün yuxu rejimindən danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, isti mövsümdə, havasızlıq səbəbindən, həmçinin istilik mübadiləsi otaqdakı temperatura uyğun gəlmirsə, yuxuya getmək daha çətindir.

"Bu halda havanı ən azı +21°C-yə qədər soyutmaq üçün bir yol tapmaq lazımdır.

Yuxuya getmək üçün tövsiyə olunan temperatur diapazonu +18-21°C-dir. Buna görə də kondisionerdən istifadə edilərsə, onu gecə +21°C-yə qoymaq olar", - deyə Tsareva qeyd edib.

O əlavə edib ki, iş günündən sonra istirahət rejiminə keçmək, həmçinin fiziki fəaliyyətdən, yeməkdən və spirtdən imtina etmək məsləhətdir.//Oxu.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti