COP29

Növbəti hava xəbərdarlığı Yağış yağacağı, şimşək çaxacağı gözlənilir

15 İyun 12:10 Araşdırma 2 832
Növbəti hava xəbərdarlığı Yağış yağacağı, şimşək çaxacağı gözlənilir

Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 15-16-sı gündüz saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda, 17-si gündüz isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?