Azərbaycan idmançılarının reytinq cədvəlində ilk "üçlük"də kimlər yer aldı?

2 May 03:20 Araşdırma 546
Azərbaycan idmançılarının reytinq cədvəlində ilk "üçlük"də kimlər yer aldı?

Azərbaycan idmançılarının 2026-cı ilin may ayı üçün reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Siyahıya ötən ay Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatında qızıl medal qazanan yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir.

Yarışın digər qızıl mükafatçısı, sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Qitə birinciliyində gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk "üçlüy"ü qapayır.

Növbəti sıralarda Zelim Kotsoyev (cüdo, 390 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Səidcəmşid Cəfərov (boks, 350 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal) və Murad Əhmədiyev (yunan-Roma güləşi, 270 xal) yer alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var