Respublikamızın yeni paytaxtı bu şəhər olacaq?

2 May 07:50 Araşdırma 789
Respublikamızın yeni paytaxtı bu şəhər olacaq?

Bir neçə gündür Qəbələ yenidən diqqət mərkəzinə düşüb. Şəhərin siyasi və inzibati əhəmiyyətinin artırılması ilə bağlı fikirlər səsləndirilir.

Xüsusilə son bir həftə ərzində Prezident İlham Əliyevin xarici qonaqları məhz burada qəbul etməsi müzakirələri daha da artıb.

Paytaxtın köçürülməsi konteksində sözügedən məsələnin gündəmə gəlməsi Bakının tıxacdan və başqa yüklərdən azad edilməsi planının olub-olmadığını da aktuallaşdırıb.

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Qəbələnin, yaxud Ağdamın ikinci paytaxt elan edilməsi mükəmməl bir addım olar:

“Lakin proses gecikir. Bu məsələ ilə bağlı qəti qərarın verilməsi daha düzgün olardı. Görünür, dövlət səviyyəsində müəyyən amillər nəzərə alındığı üçün hələ ki, bu istiqamətdə hansısa məsələlərə aydınlıq gətirilmir”.

Deputat bildirib ki, Bakıda yaranmış tıxac probleminin həlli məhz bu yanaşmadan, yəni ikinci paytaxt seçilməsindən keçir:

“Şəhərin mövcud vəziyyəti bu istiqamətdə daha ciddi düşünməyi zəruri edir. Çünki vaxtında həll olunmayan məsələlər sonradan daha böyük xərclər və gecikmələrlə nəticələnə bilər.

Bu baxımdan, belə bir yanaşma gündəmdədirsə, onun mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğundur.

Çünki Bakı həddindən artıq yüklənib, tıxaclar, ekoloji gərginlik ən yüksək səviyyədədir. Paytaxtın başqa ikinci bir şəhərə köçürülməsi, həm də o regionda yeni iş yerlərinin açılmasına, eləcə də investisiya axınına şərait yaradar”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var