Yazın son ayında 14 gün evdə olacağıq - Təqvim AÇIQLANDI

2 May 07:10 Araşdırma 768
Yazın son ayında 14 gün evdə olacağıq - Təqvim AÇIQLANDI

Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq.

Mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq.

Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.

9 May - Faşizm üzərində Qələbə Günü şənbəyə təsadüf etdiyindən, bazar ertəsi – 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün – 9, 10, 11 may tarixləri istirahət günləridir.

Bu ayda Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşəcək. Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günü olacaq.

Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var