İdman idarəsinin sabiq rəisinin işində mənimsəmə ittihamı!

08:20 Araşdırma 111
İdman idarəsinin sabiq rəisinin işində mənimsəmə ittihamı!

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə yenidən ekspertiza keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul edib.

Raqif Abbasovun vəkili Ruzi Səmədov mənimsənilmiş kimi göstərilən məbləğin yenidən hesablanması ilə bağlı vəsatət qaldırıb.

Müdafiəçi vəsatətini belə əsaslandırıb ki, ittihamda yeyinti kimi qeyd olunan pullar da elə idman yarışları ilə bağlı xərclənib.

Belə ki, bəzi yarışlar təqvimdən kənar keçirildiyi üçün xərclənən vəsait nəzərə alınmayıb. Bundan əlavə, gözdən qaçan müxtəlif tədbirlər üçün ayrılan vəsait də hesablanmayıb.

Ruzi Səmədov bunları nəzərə alaraq, məhkəmə ekspertizasının keçirilməsini xahiş edib.

Hakimlər müzakirədən sonra vəsatəti əsaslı hesab ediblər. İş materialları ekspertiza keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib.

Ekspert rəyi hazır olana qədər proses təxirə salınıb.

Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onlar sərbəst mühakimə edilirlər. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manat məbləğində mülki iddia qaldırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!