AFFA "Neftçi" və "Qarabağ"a görə büdcəni doldurdu

29 Aprel 20:20 Araşdırma 675
AFFA "Neftçi" və "Qarabağ"a görə büdcəni doldurdu

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 29-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə klub 5000 manat cərimə edilib.

Oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.

Görüşdə "Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var