Yüz il yaşamaq istəyirsən? - Hər gün bundan yarım fincan ye!

29 Aprel 07:30 Araşdırma 612
Yüz il yaşamaq istəyirsən? - Hər gün bundan yarım fincan ye!

Dünyanın ən uzunömürlü insanlarının rasionundakı ortaq məhsulun nə olduğu bəlli olub.

Uzunömürlülük üzrə tanınmış ekspert Den Büttner "Daily Mirror" qəzetinə müsahibəsində "mavi zonalar"da (insanların ən çox yaşadığı bölgələr) yaşayan sakinlərin qidalanma vərdişlərini açıqlayıb.

Ekspertin sözlərinə görə, uzun və sağlam ömrün təməlində sadə və təbii qidalar dayanır. Büttner bildirib ki, 100 ildən çox yaşayan insanların əsas sirri lobya və digər paxlalı bitkilərdir.

"Ən uzun yaşayan insanlar digərləri ilə müqayisədə ən azı dörd dəfə çox paxlalı bitkilər istehlak edirlər", - deyə mütəxəssis qeyd edib.

Ekspert vurğulayır ki, lobyanın tərkibi zülal, lif və mürəkkəb karbohidratlarla zəngindir. Bu maddələr bədəndə enerji balansını sabit saxlayır və orqanizmi cavan tutur.

Den Büttner ömrü uzatmaq istəyənlərə hər gün rasionuna ən azı yarım fincan lobya və ya digər paxlalı bitkilər (noxud, mərcimək və s.) daxil etməyi tövsiyə edir. Bu, həm sağlamlığı qorumağa kömək edir, həm də uzunömürlülük şansını dəfələrlə artırır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var