Ronaldonun aşbazı açıqladı: O, formada qalmaq üçün bu qidadan uzaq dayanır - FOTOLAR

27 Aprel 10:20 Araşdırma 968
Ronaldonun aşbazı açıqladı: O, formada qalmaq üçün bu qidadan uzaq dayanır - FOTOLAR

Kriştiano Ronaldonun fit bədən quruluşunun sirləri yenidən gündəmə gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, onun keçmiş şəxsi aşpazı Giorgio Barone Ronaldonun illərdir etdiyi sərt pəhriz proqramı ilə bağlı açıqlamalar verib.

Baronenin sözlərinə görə, Ronaldonun 41 yaşı olmasına baxmayaraq fiqurasını qoruyub saxlamağa imkan verən pəhrizinin ən diqqətçəkən detallarından biri qidalanmasında südün olmamasıdır.

O qeyd edib ki, Ronaldonun pəhrizinə süd daxil deyil, çünki onu “qeyri-təbii” hesab edir.

“Səhər yeməyində avokado, qəhvə və yumurta yeyir və heç vaxt şəkər istehlak etmir. Qətiyyən”, - bildirib.

Ciddi nizam-intizamı ilə tanınan Ronaldonun gündə altı dəfə yüksək proteinli yeməklər qəbul etdiyi, müntəzəm məşq etdiyi və sauna və buz vannaları kimi üsullarla bədən quruluşunu qoruduğu bildirilir.





Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var