“Neftçi” 5 ildir gözləyir… Hələ nə qədər gözləyəcəklər?

25 Aprel 17:20 Araşdırma 748
“Neftçi” 5 ildir gözləyir… Hələ nə qədər gözləyəcəklər?

Misli Premyer Liqasında 29-cu turun ən diqqətçəkən oyunu heç şübhəsiz “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək.

Sportinfo.az xəbər verir ki, əzəli rəqiblərin dueli ikinci 100-lüyə keçid edir.

Belə ki, bu, komandaların çempionat çərçivəsində 101-ci matçı olacaq. “Qarabağ” qələbə sayında rəqibini ikiqat qabaqlayır – 46:23. Həmçinin top fərqində də fərq böyükdür. Ağdamlıların 142 qoluna paytaxt təmsilçisi 84 topla qarşılıq verə bilib.

Yuri Vernidubun gəlişindən sonra yaxşı forma yığan “ağ-qaralar” bu mövsüm titulsuz qalmaq riski yaşayan “köhlən atlar” önündə uğursuz seriyanı qırmağa çalışacaq. Təsadüfi deyil ki, “Qarabağ” son 10 matçın hamısında qələbə qazanmağı bacarıb. Hətta bunun 5-də böyük hesab qeydə alınıb.

“Neftçi”nin əzəli rəqibi üzərində son qalibiyyəti 5 il əvvələ təsadüf edir. Bakılılar çempion olduqları 2020-21 mövsümünün evdə keçirdiyi son qarşılaşmasında məhz bu rəqibini 1:0 hesabı ilə üstələyib.

Həmin vaxtdan bəri baş tutan 17 oyunun yalnız 1-də “Neftçi” rəqibindən 1 xal ala bilib. Qalan görüşlərin hamısında “Qarabağ” 3 xalı aktivinə yazdırıb.

Hətta “Neftçi”nin son 6 oyunda qol üzünə həsrət qaldığını da vurğulamaq lazımdır. “Ağ-qaralar” 2 ildir – yəni 2024-cü ilin matından bəri bu rəqibini mərkəzə dəvət edə bilməyib.

Aprelin 26-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var