Üçü “Neftçi”dən, üçü “Sabah”dan, ikisi “Qarabağ”dan... Bu da həmin siyahı!

24 Aprel 23:00 Araşdırma 1 995
Üçü “Neftçi”dən, üçü “Sabah”dan, ikisi “Qarabağ”dan... Bu da həmin siyahı!

Premyer Liqanın 29-cu turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq oyunları 14 nəfər kənardan izləyəcək.

Bunlardan 8-i futbolçu, 6-sı məşqçidir.

“Turan Tovuz”la “Sabah”ın hər biri 2 futbolçunun xidmətindən yararlana bilməyəcək.

Emmanuel Hakmanla Jo Batista bölgə təmsilçisinə, Abdulax Xaybulaevlə Stiv Solvet “tələbələr”ə kömək etməyəcək.

Eltun Turabov ("Karvan-Yevlax"), Mahamadu Ba ("Kəpəz"), Adriel Ba Lua (Qəbələ), Breno Almeyda ("Neftçi") da cəzalı duruma düşənlərin sırasındadır.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub, köməkçisi Dmitro Kara Mustafa, “Zirə”nin məşqçisi Ağabala Ramazanov, “Qarabağ”da Qurban Qurbanovun köməkçiləri Zaur Tağızadə ilə Müşfiq Hüseynov, həmçinin “Sabah”ın məşqçisi Valerio Zuddas da texniki zonada yer almaqdan məhrum olub.

Adçəkilənlər öncəki turlarda aldıqları qırmızı vərəqənin cəzasını ödəməyə məhkumdur.

Aprelin 25-də “İmişli” – “Sumqayıt”, “Qəbələ” - “Araz-Naxçıvan”, ertəsi “Şamaxı” – “Kəpəz”, “Neftçi” – “Qarabağ”, aprelin 27-də “Sabah” – “Karvan-Yevlax”, “Turan Tovuz” – “Zirə” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var