Biri baş məşqçi, o biri köməkçi... Cəza ödənilməlidir!

16:40 Araşdırma 150
Biri baş məşqçi, o biri köməkçi... Cəza ödənilməlidir!

Bu gün və sabah Azərbaycan kubokunun oyunları keçiriləcək.

Yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində “Zirə” - “Turan Tovuz”, “Sabah” – “Qarabağ” matçları baş tutacaq.

Komandaların heç birində cəzalı futbolçu yoxdur. Yəni zədəsi olmayanların hər biri meydana çıxa biləcək.

Lakin eyni sözü məşqçilərə aid etmək olmur.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev bu dəfəki qarşılaşmanı da tribunadan izləməyə məhkumdur.

“Kəpəz”lə ilk oyunda hakimə qarşı qeyri-etik davranışa görə 3 oyunluq cəzalanan təcrübəli çalışdırıcı hələ də cəzasını ödəyir.

“Zirə”də Rəşad Sadıqovun köməkçisi olan Vüqar Məmməd isə 2020/21 mövsümündə, hələ “Səbail”də işlədiyi dönəmdə üzləşdiyi cəzanın bədəlini ödəyir. O da bu dəfə texniki zonada olmayacaq.

Hər iki məşqçiyə cəzanın bitməməsi barədə xəbərdarlıq edilib.

Aprelin 21-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Turan Tovuz” dueli saat 19:00-da start götürüləcək.

Aprelin 22-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qarabağ” dueli 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti