AFFA Premyer Liqanın bu klublarından da PUL ALACAQ

01:10 Araşdırma 107
AFFA Premyer Liqanın bu klublarından da PUL ALACAQ

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının bəzi klubları ilə bağlı qərarlar verilib.

Premyer Liqanın 28-ci tutunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” 5000 manat cərimə edilib.

“Turan Tovuz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimələnib.

“Karvan-Yevlax” – “Şamaxı” oyununda təşkilati-texniki öhdəliklər (mətbuat konfransı otağı düzgün təşkil edilməyib) pozulduğuna görə “Karvan-Yevlax” 1000 manat cərimə edilib.

“Qarabağ” – “Sabah” oyunu başa çatdıqdan sonra “Qarabağ” azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 5000 manat cərimə edilib.

Oyunda “Sabah” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilib. “Sabah”ın futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə edilib.

Oyun başa çatdıqdan sonra “Sabah” komandasının azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sabah” 5000 manat cərimə edilib.

“Kəpəz” – “İmişli” oyununda “Kəpəz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” 700 manat cərimə edilib.

AFFA "Zirə" - "Neftçi" oyununda yaşanan hafisələrlə bağlı də cəza və cərimə qərarları verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!
21 Aprel 02:00 "Turan Tovuz"da iki...