AFFA vəzifədən yola saldı, üstəlik, 120 min ödəmə etdi

14:00 Araşdırma 293
AFFA vəzifədən yola saldı, üstəlik, 120 min ödəmə etdi

Texniki direktor postu ilə vidalaşan Cahangir Həsənzadə AFFA-dan pulsuz ayrılmayıb.

Federasiyadan saytımıza daxil olan informasiyaya görə, aprelin 4-də iş yerindən ayrılan sabiq funksioner böyük miqdarda vəsait əldə edib.

Ona 120 min manat ödənilib. Bu məbləğ kompensasiya deyil.

Həsənzadə 2020-ci ildən direktor vəzifəsini tuturdu. O, ötən müddət ərzində heç vaxt qurumun hesabına məzuniyyətə çıxmayıb.

Əmək müqaviləsinin bütün şərtlərini yerinə yetirən AFFA rəhbərliyi bunu da nəzərə alıb.

Hazırda AFFA-nın texniki direktoru postuna 4 namizəd var.

Siyahıda adları olanların hamısı əcnəbidir. Xorvatiyalı, portuqaliyalı, belçikalı və türkiyəli funksionerlər bura daxildir.

Qurum yaxın günlərdə seçim edəcək. Əslində, AFFA kiminlə işləmək istədiyini müəyyənləşdirib, sadəcə, müqavilənin müddəti və şərtləri ilə bağlı məsələlərdə bəzi detalların dəqiqləşdirilməsi lazımdır.

Elxan Məmmədovun icraçı vitse-prezident və baş katib kimi AFFA-nı idarə etdiyi illərdə federasiyaya ayaq açan «Caqa» ilə müqavilə uzadılmayıb.

Həsənzadədən əvvəl isə həmin kürsüdə Bernard Lippert əyləşib. Məmmədov hər işdə Lippertlə əlbir fəaliyyət göstərdiyindən, o, uzun illər müxtəlif vəzifələr tutub - baş məşqçi kimi Azərbaycana gəldi,

U-19 və U-21 yığmalarını çalışdırdı, sonra da AFFA-nın binasında görəv aldı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti