Ölkəmizdə bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ

21 Aprel 08:10 Araşdırma 568
Ölkəmizdə bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ

Azərbaycanda aprelin 19-25-də "İmmunlaşdırma həftəsi" keçiriləcək.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

.Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

"İmmunlaşdırma Həftəsi" zamanı bir sıra rayonlarda sil-silə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda "İmmunlaşdırma həftəsi" keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var