Əcnəbilər Premyer Liqamızı necə “ələ keçirib”?

21 Aprel 02:20 Araşdırma 566
Əcnəbilər Premyer Liqamızı necə “ələ keçirib”?

“Araz-Naxçıvan”la oyunda dubla imza atan “Sabah”ın (4:2) hücumçusu Coy-Lens Mikelsin birinci qolu bu mövsüm Premyer Liqamızda əcnəbi futbolçuların vurduğu 300-cü qol kimi yadda qalıb.

Sportinfo.az xəbər verir ki,mövsüm ərzində legionerlər ümumilikdə 302 dəfə fərqləniblər.

Yerli oyunçuların vurduğu top sayı isə 89-dur. 10 dəfə də avtoqol qeydə alınıb. Bir görüşdəki texniki nəticəni nəzərə almasaq, bu mövsüm qapılara ümumilikdə 401 qol vurulub.

Əcnəbilərin üstünlüyü 26-cı turda özünü aşkar büruzə verib. Qapılara vurulan 23 qoldan 21-i məhz legionerlərin aktivinə yazılıb.

Bu, legionerlərin cari mövsümdəki ən yüksək göstəricisidir. Buna qədər 8-ci və 10-cu turlarda əcnəbilər 20 dəfə fərqlənmişdilər.

Bu turda 1 dəfə avtoqol qeydə alınıbsa, cəmi 1 qolda yerli oyunçunun adı var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var