Güclü yağış yağacaq, temperatur kəskin enəcək

20 Aprel 07:10 Araşdırma 524
Güclü yağış yağacaq, temperatur kəskin enəcək

Bakıda və Abşeron yarımadasında aprelin 20-dən 21-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Səhər saatlarında intensiv yağışın qısamüddətə bir qədər güclənəcəyi istisna olunmur. 20-si gündüz saatlarında yağıntıda fasilə olacaq.

Azərbaycanın rayonlarında aprelin 20-21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var