Paytaxtın 12 rayonunda 100 minə yaxın bina söküləcək

19 Aprel 08:10 Araşdırma 3 435
Paytaxtın 12 rayonunda 100 minə yaxın bina söküləcək

"Söküntü prosesi paytaxtın bütün 12 rayonunun ərazisini əhatə edəcək.

"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən, söküntü olan ərazilərdə yeni binaların tikilməsi, parkların salınması, yeni metro stansiyalarının və tramvay xəttinin inşası nəzərdə tutulur".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, bu proses 100 minə qədər binanı əhatə edəcək:

"Çox böyük söküntü prosesi baş verəcək və həmin söküntü prosesi təkcə yeni binaların tikilməsi ilə deyil, eyni zamanda parkların salınması, abadlıq işlərinin görülməsi, infrastrukturun daha da yüksək səviyyəyə qaldırılması ilə nəticələnəcək. Ümumi planlar var, hansının daha tez baş verəcəyini söyləmək çətindir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var