
Azərbaycanda daşınan evlərə tələbat artıb.
Alıcılar həm istirahət, həm də biznes üçün ev tikməkdənsə belə daşınan ev almağın sərfəli olduğunu düşünürlər.
Ekspertlər isə deyir ki, belə evlərə marağın artması daşınmaz əmlak bazarındakı qiymətlərə da təsir göstərəcək.
Digər tərəfdən əmlak daşınan olduğu üçün evə çıxarış da tələb edilmir, icra orqanında evin layihəsini təsdiqlətmək kommunal xətlərin çəkilməsinə də kifayət edir.