Azərbaycan idmançılarının 2025-ci il üçün ilk REYTİNQi

2 Yanvar 2025 02:50 Araşdırma 580
Azərbaycan idmançılarının 2025-ci il üçün ilk REYTİNQi

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci ilin ilk ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 390 xalla ikincidir. Atlet Anna Skidan (315 xal) isə üçüncü olub.

İlk "10-luq"da Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (310 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (250 xal), bədii gimnast Zöhrə Ağamirova (220 xal), ağırlıqqaldıran Dadaş Dadaşbəyli (205 xal) və cüdoçu Yaşar Nəcəfov (190 xal) yer alıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti