Yağıntılı hava daha 2 gün davam edəcək – Ölkə ərazisində

20 Dekabr 2024 08:00 Araşdırma 538
Yağıntılı hava daha 2 gün davam edəcək – Ölkə ərazisində

Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntılı havanın dekabrın 21-i səhərədək fasilələrlə davam edəcəyi gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Azərbaycanın şərq rayonlarında da hava şəraitinin dekabrın 20-dən 21-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti