COP29

"Qarabağ"ın ilk dəfə görəcəyi adam - Biz onu haradan tanıyırıq?

11 Dekabr 2024 01:10 Araşdırma 279
"Qarabağ"ın ilk dəfə görəcəyi adam - Biz onu haradan tanıyırıq?

"Qarabağ"ın İsveçdə yerli "Elfsborq" ilə Avropa Liqası matçını idarə edəcək Antoniu Nobre daha əvvəl Azərbaycanın U-21 millisinin oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı referi 2019-cu ildə yığmanın səfərdə Fransanın U-21 kollektivi ilə Avropa çempionatının seçmə mərhələsindəki görüşündə iş başında olub.

Həmin ildən beynəlxalq qarşılaşmalara təyinat alan A.Nobre Azərbaycan komandasının 0:5 hesabı ilə uduzduğu matçı idarə edib. O, 30-cu dəqiqədə milli üzvü Nihad Tamazova sarı vərəqə göstərib.

UEFA portuqaliyalı baş hakimə cari mövsüm avrokuboklarda 3, Millətlər Liqasında 1 oyun həvalə edib.

Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti