COP29

Yeni cərimələr müəyyən edilir

12 İyun 21:50 Araşdırma 563
Yeni cərimələr müəyyən edilir

Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələri yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durmaya görə səksən manat məbləğində cərimə edilir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bundan əlavə, qanun layihəsinə əsasən, “Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.

Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə yüz manat məbləğində cərimə edilir.

5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə yüz manat məbləğində cərimə edilir.

Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmayıbsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir.

Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!