Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq

16 May 2024 18:30 Araşdırma 747
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, küləkli hava şəraiti ilə bağlı “Rəng Xəbərdarlıq Sistemi” bu gündən www.meteo.az saytı vasitəsilə əhaliyə çatdırılır.

N.Mahmudov bildirib ki, ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar sarı, narıncı və qırmızı rəng şkalasından istifadə olunmaqla www.meteo.az saytı vasitəsilə əhaliyə, həmçinin müvafiq qurumlara təqdim olunur.

Sarı xəbərdarlığa əsasən, sabah Bakıda və Abşeron yarımadasında, Yevlax, Salyan, Neftçala, Mingəçevir, Gəncə, Şəmkir, Samuxda güclü külək əsəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti