COP29

Bakının BOS-u dünyanın ən yaxşı "100"ü arasında neçəncidir?

8 May 12:40 Araşdırma 678
Bakının BOS-u dünyanın ən yaxşı "100"ü arasında neçəncidir?

Nüfuzlu "FourFourTwo" nəşri dünyanın ən yaxşı stadionlarının siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, sıralama klub və milli komandaların ev oyunlarının keçirildiyi arenalara uyğun hazırlanıb.

Siyahıda planetin ən yaxşı 100 ən stadionu yer alıb.

Reytin siyahısında Bakı Olimpiya Stadionu da yer alıb. Azərbaycanın ən böyük idman qurğusu nəşrin açıqladığı siyahıda 41-ci yerdə qərarlaşıb.

Arenaların reytinqinə Argentinada yerləşən və "Boka Xunyors"a məxsus olan "La Bombonera" başçılıq edir.

İkinci sırada Braziliyanın qədim tarixə malik olan "Marakana" ("Vasko da Qama") stadionu yer alıb. "İlk üçlüy"ü Dortmund "Borussiya"sına məxsus "Siqnal İduna Park" qapayır.

"Onluq"da müvafiq olaraq "Aybroks" ("Reyncers", Şotlandiya), "Estadio Monumental" ("River Pleyt", Argentina), "Asteka" ("Klub Amerika", Meksika), "Kamp Nou" ("Barselona", İspaniya), "Tottenhem Hotspur" ("Tottenhem", İngiltərə), "Uembli" (İngiltərə millisi) və "San-Siro" (red - başqa adı "Cüzeppe Meatsa") ("Milan", "İnter", İtaliya) qərarlaşıb.

Türkiyədəki arenalardan "Şükrü Saracoğlu"(Fənərbağça) 33-cü, "Yeni Ali Sami Yen Stadion"u ("Qalatasaray") 47-ci, Atatürk Olimpiya Stadionu isə 69-cu sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti