“Ermənistan Azərbaycana hansı ordu ilə müharibə edəcək?”

18 Aprel 19:30 Araşdırma 289
“Ermənistan Azərbaycana hansı ordu ilə müharibə edəcək?”

Ermənistan silahlı qüvvələrinin bölmələri artıq bir neçə gündür ki, ordumuzun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutur.

Ermənistanın mövqelərimizi atəşə tutmaqda məqsədi nədir?

Məsələ ilə bağlı redaktor.az-la fikirlərini bölüşən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib ki, bu sualın çox sadə cavabı var:

“Ermənistanın sərhədini kim qoruyur? Bu sualın cavabı tapılan kimi, “atəşkəsin pozulması kimə və nəyə lazımdır” sualının da cavabı gün kimi aydın olacaq. Bildiyim qədər Ermənistanın sərhədləri başqa dövlət tərəfindən qorunur. Yəni, Ermənistanın özünün sərhəd qoşunları yoxdur. Onlar hələ bundan sonra sərhədlərini qorumaq haqqında danışır. O ki qaldı qoşun yığırlar, bu hamısı boş, blef şeylərdir. Yəni burada ajiotaj yaratmaq lazım deyil. Gəlin, bir sualın cavabını axtaraq. Naxçıvan Qars müqaviləsinə əsasən qardaş Türkiyənin müdafiəsi altındadır. Yəni 44 günlük savaşda Naxçıvana qarşı bir addım atmayan Ermənistan indi guya Naxçıvana qarşı hansısa bir addım atacaq? Yəni siz ciddi qəbul edirsiz bunu? Mən şəxsən bunu heç belə ağlımın ucundan da keçirmirəm. Bu sadəcə bəzi dövlətlərə sərf edən bir ritorikadır. Ay Ermənistan qoşun toplayır, ay Ermənistan silah alır, indi də bizim mətbuat yazır ki, ay İran Ermənistana silah daşıyır. Bizim jurnalistlər, ekspertlər və bəzi adamlar onun yarısını deyirlər, sonrakı hissəni demirlər. Bəli, İrandan Ermənistana silah-sursat gətirilir, pilotsuz uçuş aparatları və digərləri. O silah-sursat Rusiyanın bazası vasitəsilə ötürülür”.

Ekspert vurğulayıb ki, bu gün Ermənistanın o gücü yoxdur ki, Azərbaycanla müharibə aparsın.

“Ermənistanın bir balaca özünə gəlməsi və Azərbaycana qarşı nə isə etməyə, gücü, təpəri olması üçün ən yaxın tarix 2030-cu il ola bilər. Bu, müharibədən çıxan ölkədir, yəni hələ müharibə resursları yerini tutmayıb. NATO ölkələri bu gün Ukraynaya hərbi yardım çatdıra bilmirlər. Yəni Ukraynada müharibənin üçüncü ilidir və Ermənistana kim kömək edəcək? Bəziləri məqsədyönlü şəkildə deyir ki, Ermənistan Ukraynanın, Suriyanın yolunu gedir. Biz də başlayırıq ki, Ermənistan hücuma hazırlaşır. Ermənistanın nəyi var? Bir həsiri qalıb, bir də Məmmədnəsiri. Baxıram, gülməyim gəlir ki, guya Ermənistan Azərbaycana qarşı hansısa müharibə edəcək. Necə müharibə edəcək, hansı ordu ilə müharibə edəcək, özü də Naxçıvan istiqamətində? Mən bu müharibə ritorikasını ciddi saymıram və o fikirləri tam təkzib edirəm ki, Ermənistanın bu günləri Azərbaycana qarşı müharibə aparmaq üçün hansısa bir gücü və imkanları var. Bəli, bu informasiya cəbhəsində ajotaj qaldırırlar ki, müharibə olacaq. Bəziləri Ermənistana və yaxud da digər ölkələrə silah-sursatını satmağa çalışır, bəziləri də bundan özü üçün müəyyən dividentlər əldə edir. Mənim vəziyyəti görmə vizyonum budur”, - deyə Ü.Cəfərov bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı