Bu ilin əvvəlində «Qarabağ»ı «LKS Lodz»a dəyişən Rahil Məmmədov yeni təklif alıb.
«Radomiak Radom» millimizin müdafiəçisi ilə yaxından maraqlanır.
Ekstrakalada mübarizə aparan klub 26 tura 32 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində mövqe tutub.
«Radomiak Radom» onunla 2 illik müqavilə imzalamaq niyyətindədir. Bu keçidin gerçəkləşməsi üçün istənilən halda mövsümün sonunu gözləmək lazım olacaq.
"LKS Lodz" 17 xalla sonuncu pillədədir. Lodz təmsilçisi 17-ci pillədəki «Rux Korzov»dan 2, 16-cı sıradakı «Korona»dan 7 xal geri qalır.
LKS aşağı liqaya düşərsə, o, yeni sezona burada başlamayacaq. Məsələ burasındadır ki, Rahil yanvarda 1,5 illik müqavilə imzalayarkən, şərtlərdən biri bununla bağlı olub.
İşlər qaydasında getməsə, lodzlular iyunda ona azad agent statusu verəcək.
SPORTİNFO.AZ