
“Gent”in UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi ilk oyunun proqramı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Gent təmsilçisi oyundan bir gün əvvəl Bakıya yollanmağı planlaşdırır.
Komandanı gətirəcək təyyarə fevralın 15-də axşam saatlarında paytaxtda olmalıdır. Baş məşqçi Heyn Vanhazebrukun kollektivi matçdan dərhal sonra Belçikaya qayıdacaq.
Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə qonaqları təxminən 40-50 azarkeşin dəstəkləməsi gözlənilir.
Fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.