Adam öldürmə, narkotik, təcavüz... Həbs olunan məşhur futbolçular

29 Yanvar 2023 09:20 Araşdırma 639
Adam öldürmə, narkotik, təcavüz... Həbs olunan məşhur futbolçular

Futbol tarixində bir çox futbolçular olub ki, adlarından söz etdiriblər. Amma sonradan hansısa əməllərinə və ya törətdikləri cinayətlərə görə həbs olunub.

Çıxışları ilə futbolsevərlərin qəlbində xüsusi yer tutan belə futbolçular sonradan hansısa düşüncəsiz addımına görə nüfuzlarına xələl gətirib.

Uzağa getməyək, Braziliya millisinin təcrübəli futbolçusu, karyerası ərzində bir çox çempionluqlar, titullar qazanmış Dani Alveş bir neçə gün öncə təcavüz ittihamı ilə həbs olundu. Əvvəllər cinayət törədən və cəzalandırılan futbolçular da var...

Dani Alveş

Dekabrın 30-da tualetdə 23 yaşlı qızı zorlamaqda ittiham olunan təcrübəli müdafiəçi Barselona məhkəməsinin qərarına əsasən həftəsonunu müvəqqəti həbsxanada keçirib. Hələ də onun işi ilə bağlı istintaq araşdırmaları aparılır və onu 12 ilə qədər həbs cəzası gözlədiyi bildirilir.

Ronaldinyo

Dünya futbol tarixinin ən böyük istedadlarından biri hesab edilən Ronaldinyo saxta pasport daşıdığı üçün Paraqvayda 171 gün müddətinə həbs edilmişdi.

Adam Conson

İngilis futbolçu azyaşlı ilə cinsi əlaqədə olduğu üçün 6 il müddətinə azadlıqdan məhrum edilib.

Benyamin Mendi

"Mançester Siti"nin keçmiş futbolçusu 2021-ci ildə müxtəlif zorlama və cinsi təcavüz ittihamları ilə həbsxanaya göndərildi. O, 2022-ci ilin yanvarında girov qarşılığında azadlığa buraxılıb və adının hallandığı bir neçə cinayətdən bəraət alıb.

Ruben Semedo

Portuqaliyalı müdafiəçi adam öldürməyə cəhd, yaralama, təhdid, qanunsuz həbs, qanunsuz silah saxlama və zorakılıq vasitəsilə oğurluq ittihamı əsasında 142 gün həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb.

Vinisius Broqes

"Breno" ləqəbli futbolçu 2011-ci ildə sərxoş halda öz evini yandırıb. O, əməlinə görə 3 il həbs cəzasına məhkum edilib.

Bruno Fernandes De Souza

Qapıçı sevgilisinin öldürülməsini istəyirmiş. Öldürülən gənc qadının cəsədi heç vaxt tapılmayıb və futbolçu 2013-cü ildə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Fredi Rinkon

"Real""in keçmiş futbolçusu narkotik alverinə görə 123 sutka həbs edilmişdi. O, ötən ilin aprelində avtobus qəzasında aldığı kəllə-beyin travmasından sonra 55 yaşında vəfat edib.

Səbuhi Həsənov

Digər Xəbərlər
Xəbər Lenti