Ukrayna Qərbdən gələn silahları harada saxlayır? - Yeni KƏŞFİYYAT MƏLUMATI

28 Yanvar 18:30 Araşdırma 546
Ukrayna Qərbdən gələn silahları harada saxlayır? - Yeni KƏŞFİYYAT MƏLUMATI

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bəyan edib ki, Ukrayna silahlı qüvvələri Qərbdən verilən silah və sursatları saxlamaq üçün nüvə stansiyalarından istifadə edir.

Narışkin açıqlamasında kəşfiyyat məlumatlarına əsaslanıb.

O bildirib ki, qeyd olunan silah və sursatlar arasında HİMARS və iriçaplı top mərmiləri var və bu silahlar qatarla ötən ilin dekabrında Rivne Atom Elektrik Stansiyasına gətirilib.

Narışkin Ukraynanın nüvə reaktorlarından qalxan kimi istifadə etdiyi qeyd edib:

"Onların düşüncəsi budur ki, Rusiya Silahlı Qüvvələri nüvə fəlakəti qorxusundan nüvə stansiyalarını hücumları ilə hədəf almayacaq".

Digər Xəbərlər
Xəbər Lenti
27 Mart 10:40 Bir az az, bir az çox