Rusiyanın məşhur saytından Kadi ilə bağlı İKİ MİLYONLUQ İDDİA!

23 Yanvar 2023 14:00 Araşdırma 2 085
Rusiyanın məşhur saytından Kadi ilə bağlı İKİ MİLYONLUQ İDDİA!

Bugünlərdə «Qarabağ»dan «Krasnodar»a keçən Kadi Borgeslə bağlı yeni iddia ortaya atılıb.

Belə ki, Rusiya mətbuatı braziliyalı legionerin 2 milyon avro qarşılığında klubunu dəyişdiyini yazıb.

Bu rəqəm nüfuzlu sports.ru saytının qış «transfer pəncərəsi»nin 3-cü həftəsinə həsr olunmuş analitik yazısında öz əksini tapıb.

Məqalədə ötən həftə Avropanın futbol bazarında qeydə alınan futbolçu keçidləri incələnib.

Siyahıda adı yer alan Kadi barədə bildirilib ki, «Krasnodar» 26 yaşlı hucumameylli yarımmüdafiəçiyə görə məhz 2 milyon avro xərcə düşüb.

Rusiyalı həmkarlarımızın bu iddiası əsaslı görünmür. Ötən ilin yayında «Qarabağ»la müqaviləsinin müddətini 5 illik uzatmış «sambaçı»ya 5 milyon avro qiymət qoyulması bizə məlumdur.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza bildirib ki, göstərilən məbləğ hissə-hissə «Qarabağ»ın hesabına köçürüləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti