“Legiya” fanatları Mahirə çox qəzəblidir – ONU BAĞIŞLAMAQ OLARMI?

19 Yanvar 2022 22:40 Araşdırma 1 380
“Legiya” fanatları Mahirə çox qəzəblidir – ONU BAĞIŞLAMAQ OLARMI?

Polşanın legia.net saytı “Legiya”nın azərbaycanlı futbolçusu Mahir Emreli ilə bağlı sorğu aparır.

Sportinfo.az xəbər verir ki, azarkeşlərə ünvanlanan müraciətdə “Legiya” Mahir Emreli ilə bağlı nə etməlidir”, - sualı verilib.

Varşavalıların çoxunun 25 yaşlı forvardın komandaya qayıtmaq istəməməsinə qəzəbli olduğu görünür.

Çünki respondentlərin böyük əksəriyyəti (60,35 faizi) “Futbolçunun günahı üzündən müqaviləyə xitam vermək istəməsinə şikayət etməlidir”, cavabını seçib.

34,05 faiz düşünür ki, klub Emrelinin başqa kluba keçməsinə razılıq verməlidir. Səs verənlərdən 5,60 faizi isə müqaviləyə xitam verilməsinin tərəfdarıdır.

Mahir Emrelinin “Legiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olsa da, futbolçu komandanın qış təlim-məşq toplanışına qatılmayıb.

O, müqavilənin ləğvi üçün Polşa təmsilçisinə rəsmi məktub göndərib.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!