Mahirə təzyiqlər başladı: "Son vaxtlar onun üçün ölümcül keçir"

27 Oktyabr 2021 12:40 Araşdırma 944
Mahirə təzyiqlər başladı: "Son vaxtlar onun üçün ölümcül keçir"

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa Ekstraklasasının XII turunda “Pyast”la səfər matçının antiqəhrəmanı seçilib.

Sportinfo.az xəbər verir ki, yerli mətbuat “Legiya”nın forvardını qarşılaşmanın ən zəifi seçib.

24 yaşlı futbolçu, xüsusən də, 3-cü dəqiqədə bir epizodda ardıcıl iki dəfə topu dirəyə vurmaqla antiqəhrəman adına “layiq görülüb”:

“Son vaxtlar onun üçün ölümcül keçir. “Lex”lə matçda da şansları boşa vermişdi. Bu dəfə isə bir epizodda “Pyast”ın hər iki dirəyini silkələdi.

Həmin vaxt qolu vura bilsəydi, nəticə başqa cür olardı. Emreli ikinci hissədə də dirəyi nişan aldı. Qaçırılan şansların cavabı isə ağır oldu”.

“Legiya”nın Qlivitsedə “Pyast”a 1:4 hesabı ilə məğlub olduğu görüşdə Mahir Emreli 90 dəqiqə meydanda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti