Qurbanov Berdiyevdən qisasını ala biləcəkmi? - 19 il əvvəl yaşanan ŞOK FAKT

21 Oktyabr 2021 19:00 Araşdırma 1 416
Qurbanov Berdiyevdən qisasını ala biləcəkmi? - 19 il əvvəl yaşanan ŞOK FAKT

"Qarabağ" bu gün Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda Qazaxıstan "Kayrat"ı ilə üz-üzə gələcək.

Rəqib komandanın baş məşqçisi Kurban Berdiyev təmsilçimizin çalışdırıcısı Qurban Qurbanov üçün heç də yad sima deyil.

Belə ki, bu iki mütəxəssis məşqçi kimi olmasa da, aralarında futbolçu-məşqçi qarşıdurması yaşanıb.

Həm də 19 il əvvəl...

Qurbanov futbolçu kimi Rusiya "Fakel"ində oynayan zaman, Berdiyev "Rubin"də baş məşqçi kimi çalışıb.

Rusiya çempionatının birinci divizionun 2001-2002 mövsümünün iki qarşılaşmasında rəqib kimi üz-üzə gəliblər.

Hər iki halda Berdiyevin çalışdırdığı "Rubin" Qurbanovun oynadığı "Fakel"i eyni hesabla (2-0) məğlub edib.

İlk matçda Qurbanov 54 dəqiqə, ikinci qarşılaşmada isə 90 dəqiqə meydanda olub. Amma bütün cəhdlərə rəğmən nə o, nə də onun komandası Berdiyevin "Rubin"inə qol vura bilməyib.

Bu gün axşam Qurban Qurbanov futbolçu yox, məşqçi kimi Berdiyevin qarşısına çıxacaq. Nəhayət 19 il sonra Qurbanov futbolçu kimi məğlub edə bilmədiyi Berdiyevin komandasını bu dəfə məşqçi kimi məğlub etməyə çalışacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti