Azərbaycan millisinin qapısını "Şah" qorumasaydı…

14 Oktyabr 2021 21:20 Araşdırma 1 091
Azərbaycan millisinin qapısını "Şah" qorumasaydı…

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin VIII turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb.

San Marinodan Elia Benedettini 44 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci sıradadır.

Azərbaycan millisi qrupda 7, San Marino və Lixtenşteyn isə 8 matç keçirib.

Azərbaycan komandası son olaraq Belqraddakı "Rayko Mitiç" stadionunda Serbiyaya 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var