Millimizin futbolçularını Belqradda topla necə "döydülər"?

13 Oktyabr 2021 01:50 Araşdırma 546
Millimizin futbolçularını Belqradda topla necə "döydülər"?

Azərbaycan millisinin Serbiya ilə oyununun statistikası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin VIII turu çərçivəsində keçirilən görüşün göstəricilərini UEFA hesablayıb.

Belqraddakı “Rayko Mitiç” stadionunda təşkil olunan matçda ev sahibləri 3:1 hesablı qələbə qazanıb.

Statistikaya nəzər yetirdikdə komandalar arasında ciddi fərqin olduğunu görmək mümkündür. Qapıya ünvanlanan zərbələrə baxsaq, millimizin 1:3 hesablı yenilgiyə sevinməli olduğunu demək olar.

Serbiya - Azərbaycan
Qollar – 3:1
Zərbələr - 22:5
Çərçivəyə zərbələr – 9:1
Çərçivəyə düşməyən zərbələr – 8:4
Bloklanan zərbələr – 5:0
Künc zərbələri – 7:0
Oyundankənar vəziyyət - 1:2
Topa sahibolma faizi – 55:45
Ötürmələr – 537:409
Dəqiq ötürmələr – 472:334
Ötürmələrin dəqiqlik faizi – 88:82
Sarı vərəqələr – 0:2
Qayda pozuntuları - 13:10

Digər Xəbərlər
Xəbər Lenti