Azərbaycanın Vətən Müharibəsi belə başladı - VİDEO

27 Sentyabr 12:30 Araşdırma 255
Azərbaycanın Vətən Müharibəsi belə başladı - VİDEO

Bu gün Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin başlamasının 1 ili tamam olur.

Ötən ilin bugünkü tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Düşmənin yaşayış məntəqələrimizi də atəşə tutması nəticəsində mülki vətəndaşlarımız arasında ölən və yaralanan olub.

Bundan sonra Ali Baş Komandanın göstərişi ilə cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb. Tezliklə bir sıra ərazilərimiz işğaldan azad olunub.

44 günlük Vətən Müharibəsi sonda Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli bəyanat imzalanıb.

Bununla da neçə-neçə igidimizin qanı hesabına 30 ilə yaxın müddətdə işğal altında qalan Qarabağ torpaqları azad olunub (qafqazinfo).

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası
17 Oktyabr 09:00 "Qarabağ"ın QİYMƏTLƏRİ
17 Oktyabr 00:28 "Beşiktaş" uduzdu - VİDEO