"Koronavirusun bu növləri “Delta”nın azalmasına səbəb olmayacaq"

11 Sentyabr 2021 02:10 Araşdırma 326
"Koronavirusun bu növləri “Delta”nın azalmasına səbəb olmayacaq"

COVID-19 virusunun “Mü” və “Lambda” variantları “Delta” variantını əvəz etməyəcək.

Sportinfo.az xəbər verir ki, belə bir qənaətə ABŞ-ın Sietl şəhərində yerləşən Fred Hatçinson Xərçəng Tədqiqatları Mərkəzinin əməkdaşları gəlib.

Belə ki, koronavirusun bundan sonrakı dalğaları zamanı daha yoluxucu olan “delta” ştammı və onun alt növləri ön planda olacaq.

Bəzi alimlərin fikrincə, dünya üzrə peyvəndləmə işi geniş vüsət aldıqda “delta” ştammının yoluxma dərəcəsi müəyyən mərhələdə sonlana bilər.

Bundan əvvəl ABŞ-ın baş infeksionisti Antoni Fauçi də yeni “mu” variantının müəyyən şərtlərdə bəzi anticisimlərin qorumasını dəf edə biləcəyini açıqlamışdı.

Hazırda dünyada koronavirusa yoluxmaların 88 faizinə qədəri “delta” variantının payına düşür.

Digər Xəbərlər
Xəbər Lenti