Transferlərə böyük pul ayıran klub onu Azərbaycana qaytardı

15 İyun 2024 14:00 Araşdırma 2 126
Transferlərə böyük pul ayıran klub onu Azərbaycana qaytardı

«Səbail»lə müqaviləsi bitən Pedro Nuno yenidən Azərbaycana qayıdacaq.

Bu dəfə «dənizçilər»in düşərgəsinə yox.

Portuqaliyalı yarımmüdafiəçi «Araz-Naxçıvan»dan aldığı dəvəti qəbul edib.

Ötən sezon Bayıl təmsilçisinin aparıcı futbolçusu olan Nuno Muxtar Respublika təmsilçisi ilə birillik miüqavilə imzalamaq üçün yaxın vaxtlarda ölkəmizə dönəcək.

«Səbail» də orta sahə oyunçusunu saxlamaq niyyətində idi. Di gəl, uğursuz mövsümdən sonra büdcənin xeyli kəsilməsi o və digər legionerlərin «ayağını buradan kəsib».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti