Yenilədi və şərik oldu

13 İyun 2021 17:30 Araşdırma 479
Yenilədi və şərik oldu

AVRO-2020-nin Türkiyəyə qarşı keçirilən açılış oyunu İtaliya millisinin kapitanı Corcio Kyellini üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı müdafiəçi 4-cü qitə birinciliyində meydana çıxıb.

Kyellini buna qədər 2008, 2012 və 2016-cı illərdəki Avropa çempionatlarında da iştirak edib. Mərkəz müdafiəçisi bu baxımdan rekorda şərik olan həmyerliləri Canluici Buffon və Alessandro Del Pyeronun göstəricisini təkrarlayıb.

İtaliya yığmasının qapıçısı Canluici Donnarumma isə böyük turnirlərdə “Skuadra Adzurra”nın heyətində meydana çıxan ən gənc qapıçı ünvanına yiyələnib.

O, 22 yaş 106 günlüyündə iştirak etməklə rekordu ələ keçirib. Ona qədər analoji rekord 23 yaş 342 günlüyündə çərçivədə dayanan Corcio Qetsiyə məxsus olub.

Romada keçirilən görüşdə İtaliya yığması Türkiyə üzərində 3:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!