Oyun "alver"i: Hakim 10 il, klub 7 il müddətinə kənarlaşdırıldı

10 İyun 15:20 Araşdırma 347
Oyun "alver"i: Hakim 10 il, klub 7 il  müddətinə kənarlaşdırıldı

UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkinlə bağlı yekun qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı referi 10 il müddətinə futboldan kənarlaşdırılıb.

2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.

Sözügedən hadisədə iştirakı təsdiqlənən "Ventspils" isə qarşıdakı 7 mövsümdə avrokuboklarda iştirak edə bilməyəcək.

Klubun idarə heyətinin sədri Adlan Şişkanov futboldan ömürlük, inzibatçı Nikolay Dyakin isə 4 il müddətinə diskvalifikasiya edilib.

Xəbər Lenti