Ən çox məvacib alan futbolçuların adları - ABŞ-ın MLS liqasında

14 May 2021 22:40 Araşdırma 854
Ən çox məvacib alan futbolçuların adları - ABŞ-ın MLS liqasında

ABŞ-ın MLS liqasında ən çox məvacib alan futbolçuların adları açıqlanıb.

Sportinfo.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində “Los Anceles”in hücumçusu Karlos Vela yer alıb.

Meksikalı hücumçu illik 6,3 milyon dollar qazanır.

“Los Anceles Qalaksi”nin futbolçusu Xavyer Hernandes siyahıda 2-cidir. “Çiçarito” ləqəbli hücumçunun illik qazancı 6 milyon dollardır. Ötən ilin sentyabrında “Yuventus”dan “İnter Mayami”yə keçən argentinalı Qonsalo İquainin illik maaşı isə 5,79 milyon dollardır.

Digər Xəbərlər
Xəbər Lenti