Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı açıqlandı

20 Aprel 2021 02:52 Araşdırma 775
Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı açıqlandı

Azərbaycanın işğaldan azad edilən ərazilərində dünən aparılan axtarışların gedişatında ikinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha bir erməni hərbçinin meyiti aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, erməni hərbçinin meyiti Cəbrayıl rayonunda aşkarlanıb.

Beləliklə, Qarabağda hərbi əməliyyatların dayandırılmasından sonra meyiti aşkarlanan erməni hərbçilərin ümumi sayı 1 544 nəfərə çatıb.

Axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub. Əsgər valideynləri daha əvvəl Ermənistanın müvafiq dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirərək, itkin düşmüş övladlarının tapılmamasından şikayətləniblər. Bundan sonra axtarışlara mülki şəxslər də cəlb edilib.

Digər Xəbərlər
Xəbər Lenti