Ermənistan Azərbaycanla bacara bilməz... - Erməni jurnalistdən SENSASİON ETİRAF

16 Yanvar 2021 14:30 Araşdırma 1 965
Ermənistan Azərbaycanla bacara bilməz... - Erməni jurnalistdən SENSASİON ETİRAF

“Türkiyənin Azərbaycanla hərbi istiqamətdə əməkdaşlığının güclənməsi qarşısında Ermənistanın gələcək təhdidlərə qarşı mexanizmlərinə ehtiyacı var.

Ermənistanm Ankara-Bakı tandemi ilə rəqabət edə bilməz, amma hələ də bir çıxış yolu ola bilər”.

Sportinfo.az xəbər verir ki, erməni jurnalist Aşot Safaryan Ankara ilə Bakı arasında artan hərbi əməkdaşlığın erməni tərəfində çox ciddi narahatlığa səbəb olduğunu yazıb.

Bildirir ki, ermənilər Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəkdən sonra Türkiyə-Azərbaycan tandeminin təmsil etdiyi hərbi-siyasi birliyin yaradılması ehtimalı qarşısında təşviş keçirir və onlar üçün indi yeganə yol Rusiyaya sığınmaqdır:

Kiçik bir respublikanın Türkiyə və Azərbaycanla rəqabət edə bilməyəcəyi göz önündədir.

Bu şərtlərdə İrəvan üçün güclü bir hərbi “çətir” in olması hər zamankından daha çox aktuallaşır və bu da Rusiya ilə strateji ittifaqa yeni əhəmiyyət verir.

Aydındır ki, məsələni təkcə ən müasir silahlarla təchiz olunmaqla həll etmək olmaz. Vəziyyət silah olmayan bir çox problemin həllini tələb edir”.



Digər Xəbərlər
Xəbər Lenti