Yığmamızın üzvü heç vaxt bunu edə bilməmişdi, indi…

2 İyul 2020 21:20 Almaniya 897
Yığmamızın üzvü heç vaxt bunu edə bilməmişdi, indi…

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov 2019/20 mövsümünü başa vurub.

Sportinfo.az xəbər verir ki, II Bundesliqada çıxış edən “Aue”nin yarımmüdafiəçisi üçün arxada qalan mövsüm rekordlarla zəngin olub.

“Reqensburq”la görüşdə (2:1) meydandakı dəqiqələrinin sayını 2483-ə çatdıran yığmamızın üzvü 2 il əvvəlki (2478) göstəricisini 5 dəqiqə üstələyib.

Yarımmüdafiəçi təkcə 2-ci Bundesliqa deyil, heç aşağı liqalarda da bu qədər şans qazanmayıb.

O, həm də rekordunu təkrarlayaraq 30-cu dəfə start heyətində yer alıb. Futbolçu iki il öncə 2-ci Bundesliqada, 2012/13 mövsümündə 3-cü liqada eyni göstəriciyə imza atıb.

İki dəfə sonradan meydana daxil olan və 20 dəfə özü əvəzlənən Dmitri çempionatda 5 sarı vərəqə ilə cəzalanıb. O, kubokdakı 2 matçda 168 dəqiqə iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti