Onu cəlb etmək cəhdləri uğursuz olarsa, “Bayern”in “B planı” var

22 Dekabr 2024 01:40 Almaniya 742
Onu cəlb etmək cəhdləri uğursuz olarsa, “Bayern”in “B planı” var

“Bayern” “Bayer”in yarımmüdafiəçisi Florian Virtsə alternativ tapıb.

Avqust ayında məlum olmuşdu ki, Virtsi cəlb etmək cəhdləri uğursuz olarsa, “Bayern”in “B planı” var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət PSJ-dən icarə əsasında “Leyptsiq”də çıxış edən Xavi Simonsdan gedir.

Niderlandlı futbolçu cari mövsümdə aldığı ciddi zədəyə baxmayaraq, hələ də Münhen klubunun marağındadır.

21 yaşlı Virts “əczaçılar”la müqaviləsini uzatmaq və klubda qalmaq qərarına gəlib. Onun ən azı 2026-cı ilin yayına qədər “Bayer”dən ayrılmayacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!