
“Bayern” və “Union” (Berlin) arasında bu gün keçirilməsi planlaşdırılan Almaniya Bundesliqasının 13-cü tur oyunu təxirə salınıb.
Sportinfo.az xəbər verir ki, buna Münhen şəhərindəki hava şəraiti səbəb olub.
Matç güclü qar səbəbindən ertələnib. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil.
Oyun Bakı vaxtı ilə saat 18:30-da başlamalı idi.