
Almaniya Bundesliqasının 23-cü turunda Dortmund “Borussiya”sı evində “Leypsiq”i qəbul edib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmada hesab 21-ci dəqiqədə açılıb.
M.Roys penaltidən fərqlənib. 39-cu dəqiqədə meydan sahibləri E.Canın qolu ilə hesabı 2:0-a çatdırıblar.
Qonaqlar 74-cü dəqiqədə bu qollardan birinin əvəzini çıxıblar. E.Forsberq fərqlənsə də, “Leypsiq”in bundan artığına gücü çatmayıb.
Nəticədə “Borussiya” 49 xalla liderliyə yüksəlib. Qonaqlar isə 42 xalla 4-cü pillədə qərarlaşıblar.