"Qarabağ"la oyundan öncə “Bayer”i uddu, lider oldu - "Frayburq"dan VİDEO

3 Sentyabr 2022 23:20 Almaniya 759
"Qarabağ"la oyundan öncə “Bayer”i uddu, lider oldu - "Frayburq"dan VİDEO

"Qarabağ"ın Avropa Liqasının E qrupundakı rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Frayburq şəhərinin eyniadlı təmsilçisi V turda səfərdə "Bayer"lə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Frayburq" liderliyə yüksəlib.

Almaniya klubu növbəti matçını sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!